K&S Technical Audit Company

Texniki audit - müəssisənin güclü və zəif tərəflərini aşkarlayan bir vasitə olmaqla idarəetməni optimallaşdırır, təkmilləşmə və maliyyə inkişafına yol açır

Texniki audit

“K&S Technical Audit Company” respublikamızda ilk olaraq texniki audit şirkəti kimi bu texniki diaqnostika metodunu tətbiq etməklə kənd təsərrüfatı təyinatlı, inşaat və digər sektorlarında istifadə olunan avadanlıq və texnikalarının istehsalçının texniki istismar şərtlərı əsasında saxlanılmasına xidmət edəcəkdir: 

– audit olunan təşkilatın fəaliyyət proqramlarının həyata keçirilməsi maraqlarına uyğun olaraq yeni texnoloji- təchizat layihələrinin hazırlanması üçün təkliflərin işıqlandırılması və bu layihələrin texniki icrasının səmərəliliyinin qiymətləndirilməsi; 

– təşkilatda qabaqcıl (o cümlədən resurslara qənaət edən və innovativ) yerli və xarici texnologiyaların tətbiqinin mümkünlüyünün və məqsədəuyğunluğunun qiymətləndirilməsi və bu zaman xərclərin azaldılmasına şəraitin yaradılması; 

– təşkilatın fəaliyyət proqramlarının məqsədli və planlı göstəricilərini əsaslandırmaq üçün məlumatların hazırlanması; 

– texniki istismarın keyfiyyətinin, rəqabət qabiliyyətliliyinin və təhlükəsizliyinin yüksəldilməsi, onun enerji və material sərfinin azaldılması, əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin artırılması maraqları naminə texnoloji proseslərin və onların idarəetmə sistemlərinin optimallaşdırılması,texnoloji avadanlıqların yerləşdirilməsi planları, iş yerlərinin sxemləri və logistika axınları təşkilatınin dəyərləndirilməsi (daha ucuz,daha sərfəli) ehtiyat hissələri zəncirinin tapılmasına yardım; 

– texniki xidmətin keyfiyyətinə nəzarət ilə bağlı keyfiyyət idarəetmə – sistemlərinin təkmilləşdirilməsi; 

– təşkilatın texnikaların istismarında istifadə olunan texniki avadanlıqlarının düzgün saxlanması (temperatur, rütubət, qapalı şəraitdə), texniki kalibrovkası və təmiri sistemlərinin təkmilləşdirilməsi; 


Texniki audit zamanı qarşıya qoyulan məqsədlərdən asılı olaraq aşağıdakı əsas vəzifələri həll etmək olar: 

– funksional imkanların qiymətləndirilməsi (qalıq resursun dəyəri, məhsuldarlıq, etibarlılıq, maliyyə qənaəti və s.); 

– əsas və köməkçi texniki avadanlığın texniki vəziyyəti, onun istehsal və proseslərin idarə edilməsi sisteminin effektivliyinin təhlili (alt sistemlərin strukturu və funksiyaları, istifadə olunan avtomatlaşdırma vasitələri, istehsal proseslərinin planlaşdırılması və monitorinqi), habelə elektron məhsulun istismar dövrünün (life time) mərhələlərində dəstək texnologiyaları (dizayn, istehsal, istismar, təkrar emal və s.), onların təkmilləşdirilməsi üçün tövsiyələrin işlənib hazırlanması və əsaslandırılması; – texniki avadanlığın istismarı, texniki xidməti və təmiri üzrə mövcud sistemin təhlili, onların təkmilləşdirilməsi üçün tövsiyələrin işlənib hazırlanması və əsaslandırılması; 

– istehsal və kooperasiya əlaqələrinin, o cümlədən istehsal ehtiyacları üçün xammal, material və komponentlərin tədarükünə dair təhlil, onların təkmilləşdirilməsi üçün tövsiyələrin işlənib hazırlanması və əsaslandırılması; 

– istehsalat prosesində işə götürülən əsas (sertifikatlı) və köməkçi işçilərin, mühəndis-texniki işçilərin yaş və ixtisas tərkibinin, perspektiv istehsal proqramının yerinə yetirilməsi üçün kadrların yetərliliyinin qiymətləndirilməsi; 

– texnoloji proseslərin (enerji, istilik və qaz təchizatı və s.) mühəndis təminatı sistemlərinin vəziyyətinin təhlili, onların müasirləşdirilməsi üçün tövsiyələrin işlənib hazırlanması və əsaslandırılması; 

– məhsulların mənimsənilməsi vaxtını, habelə məhsul vahidinə düşən xərcləri azaltmaq üçün texniki, texnoloji və təşkilati xarakterli tövsiyələrin işlənib hazırlanması; 

– keyfiyyət menecmenti sisteminin sertifikatlaşdırmaya hazırlıq səviyyəsinin müəyyən edilməsi və istehsalın təşkili və planlaşdırılması, texnoloji proseslərin idarə edilməsi, məhsulların keyfiyyətinə nəzarət baxımından onun effektivliyinin artırılması üçün tövsiyələrin işlənib hazırlanması və s.

Qəzalı və zədələnmiş texnikaya dair texniki rəyin verilməsi

Bu xidmət, texniki auditin nəticələrindən asılı olaraq… daha çox >